AZ

Alimlər həyəcan təbili çaldı: Bu virus sürətlə yayılır

Dünyada demək olar ki, 1 milyard insan herpes daşıyıcısıdır. 15-49 yaş aralığında olan təxminən 850 milyon insan isə əsasən, cinsi yolla keçən herpes formalarının daşıyıcısıdır.

Bakupost.az xəbər verir ki, bu barədə Sexually Transmitted Infections jurnalında dərc olunmuş tədqiqatda qeyd olunub.

Tibbi analizlər göstərib ki, 376 milyon insan HSV-1 herpes virusunun, 519 milyon insan isə HSV-2 virusunun daşıyıcısıdır. Təxminən 204 milyon insan hər il azı bir dəfə infeksiyanın kəskinləşməsi dövrünü yaşayır.

Tədqiqatda bildirilir ki, hər il 16,8 milyon insan HSV-1, 25,6 milyon insan isə HSV-2 herpes virusuna yoluxur.

Ekspertlərin fikrincə, sadalanan herpes virusu formalarının yayılmasının qarşısını almaq üçün təcili olaraq vaksinlər və xüsusi proqramlar hazırlanmalıdır.

Bu il İsveçin Upsala Universitetinin alimləri müəyyən ediblər ki, sadə herpes virusu ilə yoluxmuş insanlar bu virusa heç vaxt yoluxmayanlarla müqayisədə iki dəfə daha çox demensiyaya tutulurlar.

Hesab edilir ki, virus Alzheimer xəstəliyinin inkişaf riskini artıra bilər. Çünki virusun hissəcikləri ömür boyu insan orqanizmində qalır. Bəzi sübutlar göstərir ki, bu hissəciklər beyinə daxil olur və demensiyaya xas olan beta-amiloid və tau zülallarından ibarət lövhələrin yaranmasına səbəb olur.

Lalə Novruz, BakuPost
Seçilən
17
1
bakupost.az

2Mənbələr