AZ

Milli Xalça Muzeyində “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix-xalça sərgilənib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın Azərbaycan Milli Xalça Muzeyində növbəti təqdimatı keçirilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.

Sonra Azərxalça ASC İdarə Heyətinin sədri, ensiklopedik xatirə xalça kompozisiyasının müəllifləri – Əməkdar incəsənət xadimi Emin Məmmədov və Əməkdar rəssam Rəşad Ələkbərov xalça üzərində necə çalışdıqları barədə geniş məlumat veriblər. Xalq rəssamı, akademik Ömər Eldarov isə xalça sənətinin əcdadlarımızın çadır, alaçıq, yurta məskənləri ilə yaşıd olduğu barədə fikirlərini bölüşüb.

Çıxşlar başa çatdıqdan sonra Əməkdar artist Ramil Qasımov pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə Ulu Öndərin çox sevdiyi nəğmələrdən ikisini - Cahangir Cahangirovun “Alagöz” mahnısını və “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.

Sonra qonaqlar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası ilə tanış olublar.

Seçilən
59
2
far.az

3Mənbələr