AZ

Azərbaycan futbolunda biabırçılıq: Qarşılaşmaya hakim təyin edilmədi

AFFA U-15 Liqasında EFA – “Qəbələ” oyunu baş tutmayıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Namiq Hacızadə məlumat yayıb.

Mütəxəssis sosial şəbəkə hesabında matçın keçirilməməsinin səbəbini açıqlayıb:

“Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.

Əfran İsmayılov: "Onun olmaması "Qarabağ" üçün böyük itkidir" - Müsahibə

I Liqa: Autsayderlərdən inamlı qələbələr - YENİLƏNİB

Lionel Messi: "Buna görə çox xoşbəxtəm"

Messi Bakıda azarkeşlər ilə görüşüb

İlham Əliyevin nəvələri Messi ilə görüşüblər

Seçilən
31
6
apasport.az

9Mənbələr