Dünyanın ən hündür 5-ci göydələni yarımçıq qalıb
ABŞ-da ölkənin ən hündür binasının tikintisi dayandırılıb. Bu ABŞ-da ən hündür, həmçinin dünyada beşinci göydələn olmalı idi, lakin binanın tikintisi ilə bağlı problemlər yaranıb.
Reyting.az "Naked Science" nəşrinə istinadla bildirir ki, Oklahoma Şəhər Şurası tərəfindən təsdiq edilən, 581 metr hündürlüyündə olması planlaşdırılan "Legends Tower" binasının tikintisi şəhərdə fəaliyyət göstərən hava limanının direktoru Ceff Mulderin xüsusi səyi sayəsində ləngiyir.
Qeyd olunur ki, Mulderin göydələnin çox böyük təhlükə törədəcəyi barədə yazdığı xəbərdarlıq məktubu səbəbindən tikinti işləri müvəqqəti dayandırılıb. Məsələyə rəsmi münasibət bildirilməsini tələb edən Mulder ABŞ Federal Aviasiya Administrasiyasına yeni hündürmərtəbəli binanın uçuş təminatını gələcəkdə böyük təhlükə altına salacağı barədə yerli hava limanının direktoru kimi sorğu göndərib.
Oklahoma hava limanının direktoru Ceff Mulderin qətiyyətli tələbinin bu layihəni tamamilə dayandırıb-dayandırmayacağı və ya hansısa kompromis, yaxud yenidən dizayn tələb edəcəyi hələ bilinmir. Ancaq tikinti işlərinin sadəcə, 2025-ci ilə qədər təxirə salındığı da deyilir.
Oqtay QORÇU