Bu fikirləri Olaylar.az-a açıqlamasında konflikt analitik Elman Vəliyev deyib:
"Bölgə ölkələrinin gələcəyi sual altındadır. O ölkələrdə istənilən vaxt ikinci bir "Ərəb Baharı" gerçəkləşdirmək mümkündür. Əsəd rejiminin devrilməsi bölgənin digər dövlət rəhbərləri arasında da qorxu salacaq. Məsələn Mahmud Abbasın İsrailin lehinə işləməkdən başqa yolu yoxdur. "Böyük İsrail " dövləti layihəsini icra edir. Livan, İordaniya, Türkiyə hədəf nöqtələridir. "Kürd kartı" planın əsas hissəsidir. "Erməni kartı" layihəsi Qafqaz üçün, "Kürd kartı" Orta Şərq üçün idi. Şimal İraq, indi də Suriyanın bir hissəsi və sonda Türkiyənin bir hissəsi bu plana daxildir. Kürd dövləti yaratmağa çalışırlarsa, mütləq Türkiyənin bir hissəsi də bu dövlətə qatılmalıdır. Əminəm ki, bu plan da layihəyə daxildir, amma bu bir az çətindir. Türkiyədəki kürd aşirətləri təhrikə çox da meylli deyillər. Ancaq İsrail və Amerika üçün çətin bir şey deyil. Suriyada Türkiyə-İsrail qarşıdurmasını gözləmirəm. Ərdoğan deyirdi ki, Böyük Orta Şərq layihəsinin "Eş başkanı"yam. Orta Şərqdə İsrailsiz, Amerikasız quş uçmur. Rusiyanı xaric elədilər, Çinin əl-qolu burada çox uzun deyil. Öz ikili maraqlarını Türkiyənin vasitəsilə həyata keçirir. YPG bölgədə Amerikanın vuran əlidir. Suriya da İsrailə qatıldı. Böyük İsrail dövlətinın genişlənməsini görürük. Növbədə Livan, İordaniya, Türkiyə var"