AZ

Naxçıvanda vergi daxilolmaları artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 202,8 milyon manat vergi daxil olub.

Bu barədə FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz çoxdur. Cari ilin 11 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 128 faiz icra edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasında 1 dekabr 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 faiz artaraq 21.374 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 27,6 faiz artıb və 546 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 14,6 faiz artaraq 6.101-ə çatıb.

Seçilən
18
5
fed.az

10Mənbələr