AZ

Axıra qədər mübarizə aparacağam: Cənubi Koreya prezidenti qiyam ittihamlarını rədd etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cənubi Koreya Prezidenti Yun Sok Yol yeni televiziya müraciətində ötən həftə hərbi vəziyyətin tətbiq edilməsinin düzgün qərar olduğunu bildirib və qiyam ittihamlarını rədd edib.
Oxu.Az bu barədə "Yonhap"a istinadən xəbər verir.
Yun Sok Yol uzun çıxışında qəbul edilmiş qərarla bağlı fikirlərini açıqlayıb və hökumətin işini iflic edən müxalifətə qarşı millətin müdafiəsi və dövlət işlərinin normallaşdırılmasından ötrü hərbi vəziyyət elan etmək üçün prezident səlahiyyətlərindən istifadə etdiyini və bunu dərindən düşünülmüş siyasi qərar adlandırdığını bildirib.
O, həmçinin, istefa çağırışlarını rədd edib və müxalifəti impiçmentdən sui-istifadə etməkdə günahlandıraraq axıra qədər mübarizə aparacağını vəd edib.
"Mənə qarşı impiçment elan edilsə də, istintaq altına düşsəm də, buna vicdanla qarşı duracağam", - deyə o bildirib.
Prezidentin çıxışından əvvəl hakim Xalq Gücü Partiyasının lideri Han Donq Hun əvvəllər əleyhinə çıxsa da, impiçmenti dəstəklədiyini bildirib.
Məhz hakim partiyanın mövqeyinə görə parlament həftə sonu Yun Sok Yola impiçment elan edə bilməyib. Növbəti səsvermə dekabrın 14-də, şənbə günü keçiriləcək.
"Biz daha çox qarışıqlığın qarşısını almalıyıq. İndi yalnız bir effektiv metod var. Növbəti səsvermədə partiyamızın qanunvericiləri iclas zalına daxil olmalı və öz əqidə və vicdanlarına uyğun olaraq səsvermədə iştirak etməlidirlər", - deyə Han Donq Hun mətbuat konfransında bildirib.
Han impiçmenti dəstəkləyib-dəstəkləmədiyi sualına "Bəli" cavabını verib və başqa yolun olmadığını əlavə edib.
Cənubi Koreya liderinə ölkəni tərk etmək qadağan edilib və bir neçə qurum tərəfindən aparılan son hadisələrin araşdırılması sürətlə genişlənir: dekabrın 11-də polis prezident ofisində axtarış aparmağa cəhd edib, lakin mühafizə xidməti buna icazə verməyib.
Nəticədə, məlumata görə, prezident ofisi məhdud sayda sənədi könüllü təhvil verib.
Seçilən
22
44
oxu.az

10Mənbələr