AZ

Xilaskar lider, qüdrətli şəxsiyyət

Gəncə Dövlət Universitetində (GDU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Prorektor bildirib ki,  ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. 

GDU-nun Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxışında qeyd etdi ki,  daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 il düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Tədbirdə rektorun baş müşaviri Asif Cavadov Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edib. GDU Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında xalqımızın Heydər Əliyevin əziz xatirəsini daim ehtiram və minnətdarlıqla yad etdiyindən danışdı. 

Daha sonra GDU-nun Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “Əbədiyaşar lider”,  Ümumi tarix kafedrasının müdiri Etibar Musayevin “Azərbaycanı dünyaya tanıdan şəxsiyyət”, Fizika kafedrasının  müdiri Yəhya Namazovun “Müasir Azərbaycan Heydər Əliyevin sənət əsəridir”, Azərbaycan tarixi kafedrasının baş müəllimi İlham Məmmədovun “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur”,  Psixologiya kafedrasının baş müəllimi Sabirə Bayramovanın “Heydər Əliyev ideyaları əbədiyaşardır”, Fizika və texniki fənlər fakültəsinin I kurs tələbəsi Ülviyyə Məmmədlinin “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələri dinlənilib.

XQ

 

Seçilən
41
1
xalqqazeti.az

4Mənbələr