AZ

Suriyadakı Qolan Təpələri - İsrail buranı niyə istəyir?

Xəbər verdiyimiz kimi , İsrail qüvvələri Qolan təpələrindəki demilitarizasiya olunmuş bufer zonasını və Suriya ərazisindəki bir sıra digər məntəqələri ələ keçirib.

Türkiyə mətbuatı  xəbər verir ki, Qolan təpələri Suriyanın cənub-qərbində İsrailin şimal-şərqinə qədər uzanan qayalı yayladır. 

Bəs, İsrail buranı niyə istəyir?

Suriya 1948-1967-ci illər arasında Qolan təpələrini əlində saxlayanda, oradan bütün İsrailin şimalını müntəzəm olaraq bombardman edirdi. İsrail üçün Suriyanın paytaxtı Dəməşq, 60 kilometr şimalda və Suriyanın cənubunun çox hissəsi Qolan təpələrindən aydın görünür. Bölgəyə nəzarət Suriyanın hərbi hərəkətlərini izləmək üçün əla fürsətdir. Təpənin yamacı İsraili Suriyadan gələn hücumlara qarşı təbii tamponla da təmin edir.Qolan təpələri həm də ümumiyyətlə quraqlıq bölgəsində mühüm su mənbəyidir.Təpələrdən gələn yağış suları İordan çayını qidalandırır və ətraf əraziləri üzüm bağları üçün əlverişli edir, həmçinin heyvanlar üçün otlaq yaradır.

İsrail əhalisi, ümumiyyətlə,  ərazinin çox strateji əhəmiyyətli olduğunu nəzərə alaraq, onun saxlanmasının tərəfdarıdır.

Qeyd edək ki, Suriya Ordusu müxalifətin irəliləyişindən sonra bölgədəki mövqelərini tərk etdikdən sonra İsrail Ordusunun bölmələri silahsızlaşdırılmış bufer zonaya nəzarəti ələ keçirib.İsrail komandirləri sonradan etiraf ediblər ki, onların qoşunları Qolan təpələrindəki demilitarizasiya olunmuş bufer zonasından kənarda fəaliyyət göstərir.

Netanyahu bildirib ki, əsgərlər uyğun tənzimləmə edilənə qədər "müvəqqəti müdafiə mövqeləri" qurublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
47
34
olaylar.az

10phrase_var_article.sources