1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İŞİD "Taliban"ın miqrasiya naziri Xəlil Rəhman Haqqaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Aamaj News" xəbər agentliyi məlumat yayıb.
İŞİD Xəlil Rəhman Haqqanin qruplaşma üzvü tərəfindən həyata keçirilən intihar hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.
Xatırladaq ki, ötən gün intihar hücumu nəticəsində həyatını itirən Xəlil Rəhman Haqqani Əfqanıstanın daxili işlər naziri və "Taliban"ın ali lideri hesab olunan Heybətulla Axundzadənin "sağ əli" hesab olunan Siracəddin Haqqanin yaxın qohumudur.