AZ

İŞİD "Taliban" hökumətinin nazirinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD "Taliban"ın miqrasiya naziri Xəlil Rəhman Haqqaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə "Aamaj News" xəbər agentliyi məlumat yayıb.

İŞİD Xəlil Rəhman Haqqanin qruplaşma üzvü tərəfindən həyata keçirilən intihar hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.

Xatırladaq ki, ötən gün intihar hücumu nəticəsində həyatını itirən Xəlil Rəhman Haqqani Əfqanıstanın daxili işlər naziri və "Taliban"ın ali lideri hesab olunan Heybətulla Axundzadənin "sağ əli" hesab olunan Siracəddin Haqqanin yaxın qohumudur.

Mənbə: oxu.az

Seçilən
24
3
oxu.az

5Mənbələr