AZ

Dondurucuda saxladığımız tərəvəzlər ziyanlıdırmı? - Cavab

“Dondurulmuş tərəvəzlər yeni tərəvəz əvəzinə işlədilə bilərmi?” sualının cavabı yəqin ki, çoxlarını maraqlandırır.

Ölkə.Az ”Haber7”yə istinadla xəbər verir ki, son illərdə qadınlar daha sonra istifadə etmək üçün təvəzləri donduraraq soyuducuğunun buzxanasında saxlasa da, ziyanlı və ya ziyansız olmasından xəbərsizdir.

Dondurulmuş tərəvəzlər daha aşağı qiymətə alternativ kimi supermarketlərdə də satılır.

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) açıqlamasına görə, həftədə mütləq 5 porsiya tərəvəz yeyilməlidir.  Ancaq təzə meyvə-tərəvəz tapmaq hər zaman mümkün olmaya bilər. 
Dondurulmuş tərəvəzlər isə bu zaman sağlam bir alternativ ola bilər. 

Tərəvəzlər adətən yığıldıqdan dərhal sonra dondurulur. Beləliklə, vitaminlər, minerallar və antioksidanlar kimi qida dəyərlərinin çoxu qorunur. Əslində, bəzi hallarda təzə tərəvəzlərin uzunmüddətli saxlanması zamanı itirilən qida dəyərləri dondurulmuş tərəvəzlərdə daha yaxşı saxlanıla bilər.
İlin bütün fəsillərində asanlıqla əldə oluna bilən dondurulmuş tərəvəzlər üzərində aparılan araşdırma göstərib ki, 2 aya qədər qaynadılıb dondurulan tərəvəzlərin fitokimyəvi tərkibi əhəmiyyətli dərəcədə dəyişmir.
Yeyərkən nələrə diqqət etməli?

Dondurulmuş tərəvəzləri yeyərkən onların tərkibinə diqqət yetirin. Yalnız tərəvəz və su olan məhsulları seçin. Şəkər, yağ və ya duz əlavə edilmiş məhsullardan çəkinin. Donmuş tərəvəzin buzunun əriməsini gözləmədən dərhal bişirin. Çünki buzun əriməsi qida maddələrinin itirilməsinə və bakteriyaların böyüməsinə səbəb ola bilər.
 

Seçilən
30
olke.az

1Mənbələr