AZ

Belarus konserv məhsullarının Azərbaycana ixracı ilə bağlı danışıqlar aparılır

Belarusun Bıxovski Konserv Zavodunun məhsullarının Azərbaycan, Qazaxıstan və Rusiyaya satışının təşkili ilə bağlı danışıqlar aparılır.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Belarusun yerli mətbuatına istinadən xəbər verir ki, bu barədə Mogilev vilayət İcraiyyə Komitəsinin sədri Anatoli İsaçenko məlumat verib.

Onun sözlərinə görə, bu il müəssisə yeni avadanlıq alıb və bu, istehsal həcmini 3,8 dəfə artırmağa imkan yaradıb: “Həmçinin şirə və nektarların istehsalı üçün tetrapak xəttinin alınması, uşaq qidası üçün nəzərdə tutulmuş konservlərin istehsalı da nəzərdə tutulur. Bu, 30-a yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”.

Seçilən
28
vergiler.az

1Mənbələr