AZ

Suriyada gələn həftə məktəblər və universitetlər açılacaq

"Suriyada təhsil müəssisələri gələn həftədən fəaliyyətini bərpa edəcək". 

Bakıvaxtı.az "Əl-Cəzirə"" telekanalına istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti hökumətinin başçısı Məhəmməd əl-Bəşir deyib.

O, bildirib ki, yeni hakimiyyət bütün xalqın köməyi ilə respublika qurmağa çalışır.

"Biz xalqın köməyi ilə yeni bir Suriya qurmaq üçün çalışırıq. Hazırkı mərhələdə bizim prioritetimiz bütün şəhərlərdə təhlükəsizliyi nəzarətdə saxlamaq və sabitliyi bərpa etməkdir", - deyə Bəşir qeyd edib.

Gülşən Şərif

Seçilən
22
bakivaxti.az

1Mənbələr