AZ

AzMİU-da Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Ulu Öndərin ölməz xatirəsinə hörmət və minnətdarlıq hissinin ifadəsi olaraq təşikil olunub.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndərin və Vətənimizin azadlığı uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova tədbiri açaraq çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin fenomenal liderliyi, Azərbaycanın İstiqlaliyyətinin qorunması və inkişafı üçün tarixi əhəmiyyətli addımlarından bəhs edib. Professor Gülçöhrə Məmmədova, həmçinin Heydər Əliyevin təhsil səhəsinə olan diqqəti və bu sahəyə yönəlik uzaqgörən siyasətini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.

Daha sonra Azərbaycan Memarlar İttifaqının sədri və AzMİU-nun Memarlıq Layihələndirilməsi və Şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzədə çıxış edib. Professor Ulu Öndərin memarlıq sahəsinə olan qayğısından danışaraq onunla bağlı şəxsi xatirələrini paylaşıb.

AzMİU-nun İnşaat Konstruksiyaları kafedrasının müəllimi Masil Dəmirov da tədbirdə çıxış edib. O, Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasətin bu gün gənclərimizin inkisafına təsiri və onun müxtəlif istiqamətlərə uzanan müsbət nəticələrindən danışıb.

Çıxışlardan sonra "Heydər Əliyev və Azərbaycan Mədəni İrs" adlı sənədli film nümayış olunub. Film izləyicilərə Ulu Öndərin tarixi şəxsiyyəti, mədəni irsimizin qorunması və inkişafı üçün dəyərli addımlarını bir daha xatırladıb.

Qeyd edək ki, müasir Azərbaycan tarixinə qızıl həriflərlə həkk olunan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği üçün AzMİU-da ardıcıl olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirilir. 

 

Seçilən
34
49
azedu.az

10Mənbələr