AFFA U-15 Liqasında dünən keçirilməli olan EFA - “Qəbələ” oyununa hakim göndərməyi unudub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qəbələ” akademiyasının keçmiş üzvü Namiq Hacızadə feysbuk hesabında paylaşım edib.
O bildirib ki, hər iki komanda meydançaya gəlsə də, hakim olmadığından qarşılaşma təxirə salınıb.
Qeyd edək ki, “Qəbələ” klubu bu matç üçün Bakıya gəlib, komanda saat 16:30-a qədər gözləsə də, matça referi təyin edilməyib.
***
AFFA-nın mətbuat xidməti saytımıza belə bir hadisənin baş verdiyini təsdiq edib: “Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.