AZ

AFFA bu oyuna hakim göndərməyi unutdu - Rəsmi açıqlama

AFFA U-15 Liqasında dünən keçirilməli olan EFA - “Qəbələ” oyununa hakim göndərməyi unudub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qəbələ” akademiyasının keçmiş üzvü Namiq Hacızadə feysbuk hesabında paylaşım edib. 

O bildirib ki, hər iki komanda meydançaya gəlsə də, hakim olmadığından qarşılaşma təxirə salınıb.  

Qeyd edək ki, “Qəbələ” klubu bu matç üçün Bakıya gəlib, komanda saat 16:30-a qədər gözləsə də,  matça referi təyin edilməyib.

***

AFFA-nın mətbuat xidməti saytımıza belə bir hadisənin baş verdiyini təsdiq edib: “Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.

Seçilən
29
6
qafqazinfo.az

7Mənbələr