AZ

ABŞ təyyarəsi müttəfiqləri tərəfindən vuruldu

“Suriya Demokratik Qüvvələri”nin (YPG) kürd birləşmələri Ərəb Respublikası səmasında ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz təyyarəni vurub.

Bu barədə Amerikanın “Air and Space Forces” jurnalı yazıb. ABŞ rəsmilərinin mənbələri nəşrə bildirib ki, hadisə səhv hərəkətlərin nəticəsində baş verib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq pilotsuz təyyarənin itdiyini təsdiqləyib.

Kürd qüvvələri MQ-9 Reaper-i Suriyadakı QSD mövqelərinə zərbələr endirən türk pilotsuz təyyarələrindən biri ilə səhv salıb. “Hadisə pilotsuz uçan aparatın təhlükə yaratdığına səhvən qərar verən regional müttəfiqlərin atəş açması nəticəsində baş verib”, – Hava və Kosmik Qüvvələrin mənbəsi bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
42
editor.az

1Mənbələr