AZ

Şagird sayı az olan məktəblərin bağlanması iddiasına nazirdən CAVAB

“Məktəb bağlanmasından söhbət getmir. Sadəcə, şagird sayı az olan, 1,2, 3 nəfər şagird olan məktəblərdə həmin şagirdlər başqa məktəblərə daşınır ki, o şagirdlərə keyfiyyətli təhsil verilə bilsin”.

Bizim.Meida xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O, Azərbaycan şagird sayının 100-dən az olan təxminən 1500-ə yaxın məktəb var:

"Şagird sayı 100-dən aşağı olan məktəblərin bağlanması yanlış anlaşılma idi. Fikir bundan ibarətdir ki, şagird sayı az olan məktəblərin fəaliyyəti rasionallaşacaq".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
39
bizim.media

1Mənbələr