AZ

Rusiyada azərbaycanlı iş adamının saxlanılması nə ilə bağlıdı?

Xəbər verdiyimiz kimi dünən Rusiyanın bir çox ''Teleqram'' kanalları və insayder İvan Karpovun məlumatına görə ''Ximki''nin əsas investoru, azərbaycanlı iş adamı Tufan Sadıqov saxlanılmışdı. Amma məlum olub ki, onun saxlanılması futbolla yox, şəxsi biznesi ilə əlaqəlidi.

Tufan Sadıqov tikinti və turizm biznesi ilə məşğuldu. Onun Moskvada qeydiyyatdan keçən 3 şirkəti var. Polislər srağagün onun şirkətlərindən birində axtarış aparmışdılar. Dünən isə o, daha öncə iddia olunduğu kimi rüşvətxorluqda yox, dələduzluqda ittiham olunaraq polis şöbəsinə gətirilib. Onun telefonu bütün gecə sönülü olub. Ona qarşı həbs qətimkan tədbiri seçilib-seçilmədiyi barədə məlumat yoxdu.

Sadıqov daha öncə də Rusiyanın hüquq-mühafizə orqanları ilə bir neçə dəfə problem yaşayıb. Onun Rusiya çempionatında çıxış edən ''Ximki'' ilə əlaqəsi ötən il rəsmi olaraq klub tərəfindən təkzib edilsə də, Sadıqov Rusiya futbol ictimaiyyətində bu klubun əsas investoru kimi tanınır. O tez-tez klubda baş verənləri və nəticələri şərh edir.

Tufan Sadıqovun oğlu İlya Sadıqov da ''Ximki''nin şərəfini qoruyur. Hətta 2022-ci ildə baş məşqçi Sergey Yuran İlya Sadıqova yetərli qədər şans vermədiyi üçün Tufan Sadıqov tərəfindən istefaya göndərilmişdi!

ƏLİ

Seçilən
24
football-plus.az

1Mənbələr