Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən vahid tibbi kadrların idarəetmə konsept sənədi hazırlanıb. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
"Ölkədə vahid tibbi kadrların idarəetmə konsept sənədi hazırlanıb və qısa müddətdə həmin islahatlar çərçivəsində təqdim olunacaq", - nazir bildirib.
Bundan əvvəl mətbuatda eləcə də Milli Məclisin iclaslarında deputatlar bölgələrdə həkim çatızmazlığı ilə bağlı bir sıra çıxışlar ediblər. Onlar bildiriblər ki, bölgələrdə həkim olmadığından insanlar məcburi halda müalicə almaq üçün Bakıya üz tutur ki, bu da xəstəxanalarda sıxlığa səbəb olur.
Aytac
www.anews.az