"Azərbaycanda məktəblərdə müəllim çatışmazlığı problemi yoxdur".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu gün minlərlə insan müəllim olmaq istəyir. "İnanıram ki, bu, müəllimin nüfuzunun artması ilə bağlıdır. İnsanların müəllim peşəsinə can atması sevindiricidir. Müəllimlik kifayət qədər rəqabətli peşə sahəsinə çevrilib"
Bununla belə, nazir ucqar kəndlərdə şagird sayının az olmasına görə dərs saatların da az olduğunu söyləyib: "Daha çox musiqi və təsviri incəsənət fənlərində dərs saatları azdır. Bir də tam olmayan ümumi orta məktəblərdə dərs sayı azdır. Müəllim çatışmazlığı bununla əlaqəli ola bilər. Hazırda daha keyfiyətli təhsil üçün iş aparırıq".
Şəbnəm Mehdizadə