AZ

Bəzi məktəblər niyə birləşdirilir? - AÇIQLAMA

“Məktəblərdə vətəndaş şikayətləri olur. Hər bir hal araşdırılır”.

 

Sfera.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

“Məktəblərdə zorakı hallar olmasına gəlincə, 1 milyon 500 min şagird arasında xoşagəlməz hallar da qaçılmazdır. Hüquq pozuntusu formasında hal olursa, bununla aidiyyəti qurumlar məşğul olurlar”, - deyə E.Əmrullayev bildirib.

 

Nazir, həmçinin şagird sayı az olan məktəblərin bağlanması iddialarına da aydınlıq gətirib:

 

“Sadəcə elə məktəblər var ki, cəmi 2-3 şagirdi var. Həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir”.

Seçilən
36
11
sfera.az

10Mənbələr