AZ

Heydər Əliyev avtomobil zavodunu Gəncəyə necə gətirdi?- VİDEO - FOTO

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda sovet dövründə həyata keçirmək istədiyi layihələrdən biri də Gəncə avtomobil zavodudur. Zavodun tikintisi məlum səbəblərdən yarımçıq qalsa da, bu işə ulu öndərin layiqli davamçısı son nöqtəni qoydu. 2004-cü ildə zavod yenidən həyata vəsiqə aldı.

Bu gün Gəncə Avtomobil Zavodu ölkə iqtisadiyyatında öz çəkisi olan iri müəssisəyə çevrilib. Zavodun hazırki fəaliyyəti göz qabağındadır. Biz də keçmişə ekskurs edərək o zaman H.Əliyevin belə bir müəssisəni Azərbaycana necə gətirdiyinə nəzər salaq.

Rusiyanın Zvezda kanalında gedən “Sovet ölkəsinin avtomobilləri” çoxseriyalı sənədli filmində bu məsələ ətraflı şərh olunub. Filmin ümummilli liderə aid olan hissəsini təqdim edirik.

 “1984-cü ildə həm furqon, həm də aztonajlı yük avtomobilinin maketləri hazır idi. Avtomobil tam Avropa standartlarına uygun idi, yük yerinin də dizaynı eybəcər deyildi. Qabaq təkərlər diskli tormoz sistemi ilə təchiz olunmuş, pertspektivdə isə qənaətcil dizel mühərrikli versiya vardı. Avtomobil bütün SSRİ-nin avtomobili adını almağa hazır idi. İşlər tam sürətlə gedirdi. Yeni avtomobil UAZ-3727 indeksi aldı. Lakin UAZ zavodunda layihədən seriya istehsala keçilmədi. Zavod sovet ordusunun sifarişlərini qabağa salırdı. Bəs necə etməli?

Problemdən çıxış yolunu H.Əliyev tapdı. SOV.İKP-nin büro üzvü, SSRİ Nazirlər soveti sədrinin müavini. Azərbaycanlı. Çıxış yolu nə idi? Bunu həmin dövrün canlı şahidinin dilindən eşidək:

YURİ KUDRYAVTSEV – 1988-2001-Cİ İLLƏRDƏ QAZ-IN KONSTRUKTOR BÜROSUNUN RƏHBƏRİ

Sinxron: “Gürcülərin Kutaisidə avtomobil zavodu var. Ermənistanda da Volqanın bazasında avtomobil yığılır. Azərbaycanın isə öz avtomobili yoxdur”.

Beləliklə, indi Gəncə adlanan Kirovabadda illik istehsal gücü 40 000 avtomobil olan zavodun bünövrəsi qoyulur. Açılış 1989-cu ilə planlaşdırılır. Lakin SSRİ tarixinə qara hərflərlə yazılmış hadisələr optimist planları alt-üst etdi. Qarabağda başlayan münaqişə belə gözəl layihənin üstündən xətt çəkdi. Sonradan layihə ilə Polşada maraqlandılar və Lublində hamıya tanış olan aztonajlı avtomobillərin istehsalı başlandı. – 00.28.03.

Bəli, bura qədəri sovet Azərbaycanında baş verən proseslər idi. İndi isə müstəqil Azərbaycana qayıdaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bu müəssisə həyata ikinci dəfə vəsiqə aldı. Hazırda Gəncə Avtomobil Zavodu ölkənin aparıcı ağır sənaye müəssisəslərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin də bariz nümunəsidir.

Qeyd edək ki, ümummilli liderin istifadəsində 3 xidməti avtomobil olub. Azərbaycan SSR-ə rəhbərlik edərkən H.Əliyev “QAZ-13” (Çayka) avtomobilindən istifadə edib.

Moskvada SSRİ Nazirlər soveti sədrinin birinci müavini vəzifəsini icra edərkən xidməti avtomobil “ZİL-41047” olur.
Azərbaycanda xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider bu dəfə xidməti avtomobil olaraq “Mercedes S-600”ü seçir. 
Hər 3 avtomobil hazırda Heydər Əliyev mərkəzində sərgilənir.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Seçilən
16
avtosfer.az

1Mənbələr