AZ

Təsərrüfat müdiri direktoru məhkəməyə verib-HƏBSİNİ TƏLƏB EDİR

Xatırladaq ki, 06.12.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsində iddiaçı qismində iştirak edən Azərbaycan Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutunun təsərrüfat işləri üzrə müdiri Şamil Şahbazovun iddia tələbinə dair məhkəmə prosesi keçirilib. Cavabdeh qismində Azərbaycan Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu Publik hüquqi şəxsi 2(006)-4725/2024 saylı iş üzrə məhkəmə prosesində iştirak edib. Məhkəmə prosesini açıq elan edən hakim (ad, soyad) iştirakçıları təqdim edərək, prosesə  başladı. 

Qeyd edək ki, Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutuna direktor təyin olunduqdan sonra iddiaçını heç bir hüquqi əsas olmadan işdən azad etmişdir. İddiaçının bildirdiyinə görə, onu qanunsuz olaraq, Əmək Məcəlləsinin 70C maddəsilə ilə heç bir aktlaşdırma və hesab-kitab aparılmadan işdən azad ediblər. 

İddiaçının adıçəkilən müəssisədən Əmək Qanunvericiliyinin 70C tələbi ilə qanunsuz işdən azad edilməsi tələbini prosesdə müdafiə edən vəkil öz çıxışında şahidlərin dindirilməsi istiqamətində vəsatətlə bağlı çıxış etdi. Təklif qəbul edildi. Hakim bu vəsatətin təmin edildiyini vurğuladı. 

............................

Azia.az bloqu  bildirir ki, iddiaçı məhkəməyə işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. Ş.Şahbazov məhkəməyə direktorla bağlı əlavə faktlar da  təqdim edib və bu faktları nəzərə alaraq ona cinayət işinin qaldırılmasını xahiş edib.

İşə bu gün Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılacaq. Hakim Əfsanə Heydərovadır.

İddia ərizəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun keçmiş direktoru, hazırda Səhiyyə nazirinin müavini olan İlqar Qasımovun da adı çəkilir.

İddia olunur ki, həmin müəssisə hələ də onun nəzarətindədir və prosesleri əvvəllər köməkçisi olmuş, hazırda baş həkim işləyən Nizami Məmmədov və yaxın qohumu, satınalınma şöbəsinin 22 yaşlı şöbə müdiri Yusif adlı şəxsin vastəsi ilə idarə edir.

Qeyd edək ki, İlqar Qasımov 2018-2020-ci illərdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.

Ondan sonra təyin olunan direktorların işləmə müddəti çox az olub. Belə ki, 2020-2024-cü illər ərzindı 4 direktor dəyişib. Ondan sonra direktor təyin olunan Elviz Qasımov (Respublika Klinik Xəstəxanasının hazırki direktoru) cəmi 9 ay, Şahin Əkbərov təxmini 1 il, Kamil Eyvazov 5-6 ay çalışıb.

Bu ilin may ayında isə Direktor vəzifəsində haqqında məhkəməyə şikayət edilən Rüstəm Talışinski təyin edilib.

Məhkəmə prosesini işıqlandıracağıq. Bakupost.az 


Seçilən
41
11
azia.az

10Mənbələr