AZ

Səhiyyə Nazirliyi: Öləndən sonra orqanlarını bağışlayanların sayı 3 dəfə artıb

"2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Bunlar arasında böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir".

SeherXeber.org apa-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi (SN) Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, indiyə kimi beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı məxfidir.

O həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.

Onun sözlərinə görə, yaxın gələcəkdə könüllü donor olmaq istəyən şəxslər mygov.az platforması üzərindən müraciət edə biləcəklər:

"Lakin hazırda bu prosesə dəstək olmaq və donor olmaq istəyənlər üçün qurumumuza məxsus odtkm.gov.az rəsmi internet səhifəsində xüsusi olaraq yaradılan "Donor ol" bölməsi fəaliyyət göstərir. Həmin bölmə vasitəsilə könüllü donor olmaq istəyən hər kəs sadə və rahat bir şəkildə müraciət edə bilər. Bu addım, cəmiyyətimizin sağlamlığı və humanizm prinsiplərinə əsaslanaraq, donor olmağı daha əlçatan etmək məqsədilə atılıb".

Seçilən
30
22
seherxeber.org

10Mənbələr