Dubayda yerləşən lüks telefon istehsalçısı "Caviar" indiyə qədər istehsal edilmiş ən bahalı iPhone 16 Pro Max modelini təqdim edib. “Böyük, Dəhşətli, Möhtəşəm” olaraq xarakterizə edilən bu telefon arxa qapağındakı üç simvolik monarxın dizaynları ilə diqqət çəkib.
Sherg.az xəbər verir ki, arxa üz qabığında tarixi şəxsiyyətlərin simvolizmini birləşdirən vizual detallar var. İvan Dəhşətli, Qanuni Süleyman və Böyük Karl kimi məşhur hökmdarların tacların yer aldığı dizaynda hökmdarların izləri var.
Tacın arxa tərəfində İvan Dəhşətlinin Monomax papağından, Süleymanın qızıl dəbilqəsindən və Böyük Böyük Karlın Roma İmperiyasının tacının zərif daşlarından hazırlanmış xaç var.
"Caviar" dizaynında 1 kiloqramdan çox qızıldan istifadə edib və 750 dərəcədə işlənmiş bu telefona 402 almaz, yaqut və sapfir əlavə edib.
Qiymətli daşlar əsl dəri üzərində yerləşdirilərək telefona dəbdəbəli görünüş verir. Telefonun arxa qapağının dizaynında Şərq estetikası və botanika motivlərindən istifadə edilib.
Bu xüsusi iPhone 16 Pro Max, "Caviar"ın "Corona" kolleksiyasının ən nadir hissələrindən biri kimi təqdim edilib və yalnız 3 ədəd istehsal ediləcəyini bildirib. Bu kolleksiya telefonunun qiyməti 301 min 979 dollar olaraq təyin olundu.