AZ

MDB hökumət başçılarının növbəti iclası bu şəhərdə keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Tacikistanın paytaxtında keçirilməsi təklif edilir.

"Unikal" xəbər verir ki, bu barədə dekabrın 12-də MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.

"MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Düşənbə şəhərində keçirilməsi təklif olunur", - o, Moskvada keçirilən iclasın əvvəlində deyib.

Lebedevin sözlərinə görə, Tacikistan rəhbərliyi artıq görüşün keçirilməsinə razılıq verib.

Seçilən
22
unikal.az

1Mənbələr