AZ

İranda qadın müğənni səhnəyə hicabsız çıxdı


İranın karvansaralarından birində müğənni Pərəstu Əhmədi hicab məcburiyyətini pozaraq, “Karvansara konserti” adlı konsert proqramı ilə çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ir.voanews.com” məlumat yayıb.
Məlumata görə, onun bu çıxışı “YouTube” kanalında canlı yayımlanıb. 
Bu çıxış İranın sosial mediasında geniş əks-sədaya səbəb olub.
“Mən Pərəstu, sevdiyim insanlar üçün mahnı oxumaq istəyən bir qızam. Bu, etinasız qala bilmədiyim bir hüquqdur; Çox sevdiyim torpağım üçün oxuyuram”, - deyə o, ifası ilə bağlı bildirib.
Qeyd edək ki, Pərəstu Əhmədi 2022-ci ildə İranda keçirilən ümumxalq etirazları zamanı da “Gənclərin qanından qurulan ölkə” əsərini ifa etmişdi.
Seçilən
32
yeniavaz.com

1Mənbələr