Dubayda yerləşən lüks smartfon şirkəti Caviar smartfon dünyasında inqilabi addım atıb.
News24.az xəbər verir ki, şirkət indiyə qədər istehsal olunmuş ən bahalı iPhone 16 Pro Max modelini açıqlayıb.
Caviar-ın "Böyük, Dəhşətli, Möhtəşəm" olaraq xarakterizə etdiyi bu yeni model, qiymətli daşlarla bəzədilmiş xüsusi dizaynı və quruluşu ilə diqqət çəkir.
Qeyd edək ki, arxa üz qabığında tarixi şəxsiyyətlərin simvolizmini birləşdirən vizual detallar var. İvan, Qanuni Süleyman və Böyük Karl kimi məşhur hökmdarların taclarından ilhamlanan dizaynda hökmdarların izləri var.
Tacın arxa tərəfində İvanın Monomax papağından, Süleymanın qızıl dəbilqəsindən və Böyük Böyük Karlın Roma İmperiyasının tacının zərif daşlarından ilhamlanmış xaç var.
Onu da bildirək ki, Caviar dizaynında 1 kiloqramdan çox qızıldan istifadə edib və 750 dərəcədə işlənmiş bu telefona 402 almaz, yaqut və sapfir əlavə edib.
Qiymətli daşlar əsl dəri üzərində yerləşdirilərək telefona dəbdəbəli görünüş verib. Telefonun arxa qapağının dizaynında Şərq estetikası və botanika motivlərindən istifadə edilib.
Bu xüsusi iPhone 16 Pro Max, Caviar-ın 'Corona' kolleksiyasının ən nadir hissələrindən biri kimi təqdim edildi və yalnız 3 ədəd istehsal ediləcəyini bildirib. Bu kolleksiya telefonunun qiyməti 301 min 979 dollar olaraq təyin olunub.
Günel Məlikzadə