AZ

İZİA-nın 2025-ci il üçün prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentliyin məlumatına görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə video formatda keçirilən iclasda İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin idarəçiliyində olan sənaye zonalarında 2024-cü ilin ötən dövrü ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Həmçinin iclas çərçivəsində Agentliyin 2025-ci il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati-struktur məsələləri müzakirə olunub.

phrase_var_article.chosen
46
10
vergiler.az

10phrase_var_article.sources