Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Bir müddətdir ki, quş əti məhsullarının bahalaşması ilə bağlı xəbərlər yayılmaqdadır. Alıcılar iddia edirlər ki, ötən aylara nisbətən toyuq ətinin qiymətində müəyyən artım müşahidə olunur.
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli Banco.az-a açıqlamasında bildirib ki, əksinə, keçən il müvafiq dövr ilə müqayisədə quş əti məhsullarında ucuzlaşma müşahidə olunur:
"Hazırda bir kq kəsilmiş toyuq ətinin qiyməti 4.60 AZN-dir. Bu qiymət mağazaya çatdırılana qədər olan mərhələni əhatə edir. Keçən il isə bu rəqəm 4.90-5.20 AZN arasında idi. Süfrə yumurtasının qiyməti də son üç illə müqayisədə 2 qəpik ucuzlaşıb. Ümumiyyətlə, quş ətinin bahalaşması ilə bağlı yerli istehsalda yaranan problemlərlə bağlı deyilən fikirlər əsassızdır".