AZ

Pəhləvi 21 Azərlə bağlı təbrik yaydı – xislətini göstərdi

İranın keçmiş şahı Məhmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi 12 dekabr, “21 Azər” Cənubi Azərbaycan Milli Hökumətinin ildönümü ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında yazıb.

“Azərbaycanın qurtuluşunun ildönümündə İran xalqına, xüsusən başıuca Azərbaycan xalqına təbrik deyirəm. Bu tarixi gündə İran ordusu Azərbaycan xalqı ilə çiyin-çiyinə İranın ərazi bütövlüyünün qorunması və Stalinin fitnələrinin qarşısının alınmasında birgə mübarizə apardılar”, - Pəhləvi əlavə edib.

Qeyd edək ki, 12 dekabr 1945-ci ildə qurulan Cənubi Azərbaycan Milli Hökuməti 12 dekabr 1946-cı ildə İranın ingilis ordusu ilə hücumu nəticəsində süquta uğrayıb. Bu hücumda 30 mindən çox azərbaycanlı həlak olub, yüz minlərlə soydaşımız isə ölkədən mühacirət edib.

Pəhləvilər və onun hazırkı davamçıları Milli Hökumətin süqutu gününü “Azərbaycanın qurtuluş günü” kimi qeyd edirlər.

Seçilən
8
axar.az

1Mənbələr