AZ

Suriya ordusu şəhəri YPG-dən geri aldı

Suriyanın Milli Ordusu (SMO) ölkənin şimalında yerləşən Münbiç şəhərinə tam nəzarəti ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Kanal Türkiyə Müdafiə Nazirliyinə istinadla bildirib ki, SMO Mənbiç üzərində tam nəzarəti təmin edib və bu ərazini terrorçulardan (PKK/YPG) təmizləyib.

Qeyd edilir ki, bu addım Türkiyəyə qonşu ərazilərdən gələn terror təhdidinin aradan qaldırılması baxımından mühüm hesab olunur.


Müəllif: Qənirə Süleymanova
Seçilən
59
teleqraf.com

1Mənbələr