AZ

Fransa XİN: "Suriyanın ərazi bütövlüyü qorunmalıdır"

"Suriyanın ərazi bütövlüyü qorunmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri, Fransanın xarici işlər naziri Jan-Noel Barrot Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada yaşananlarla bağlı Suriya Danışıqlar Komitəsinin sədri Bedir Kamyu və Suriyanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə deyib.

Fransa XİN başçsıı bütün tərəfləri ərazi bütövlüyünə hörmət etməyə dəvət edib: "Suriyada illərdir hökm sürən cəzasızlıq sisteminə qarşı qanun və ədalət çərçivəsində mübarizə aparmaq zəruridir.  Suriya nümayəndələri azad, demokratik və plüralist bir nizam yaratmalıdır. Biz bu cür səyləri yüksək qiymətləndiririk".

Barrot Suriyadakı və xaricdəki bütün suriyalıları dinc siyasi keçidə töhfə verməyə çağırıb: "Hər kəs bu ağır dövrdə məsuliyyətli davranmalıdır"

Zülfiyyə
MİA.AZ

Seçilən
14
mia.az

1Mənbələr