AZ

“Hökumət iqamətgahı soyuq olur, qızdırıcı qoşuruq” –Paşinyan narazılıq etdi

Ermənistanın Baş naziri hökumət iqamətgahının istilik sistemindən narazılıq edib. 

Azpost.info bildirir ki, Paşinyan bu barədə hökumətin bu gün keçirilən iclasında deyib.

“Qışda hökumət iqamətgahı, oradakı evlər heç isinmir. Orada yaşayanlar yəqin ki, İcevandan odun sobası, pəncərələrdən çıxan boru çəkilməsini xahiş etməli olacaqlar” -deyə Nikol Paşinyan deyib.

“Amma problem bu deyil. Büdcədən isitmək üçün nəzərdə tutulan qaz hələ də yanır, amma ev qızdırılmır. İki, üç, dörd, beş gündən sonra qərara gəlirik ki, donmamaq üçün qızdırıcını işə salmaq lazımdır. Kim ödəyirsə, dövlət büdcəsindən ödəyir. Çünki açığı, şəxsi büdcə kifayət etmir. İndi baxaq görək bu illər ərzində buna nə qədər pul xərclənib”, – Paşinyan bildirib.

Seçilən
32
azpost.info

1Mənbələr