AZ

Filarmoniyada Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə, sənətşünaslıq üzrə fəsləfə doktoru, musiqişünas Jalə Qulamova konsertlə bağlı ətraflı şəkildə dinləyiciləri məlumatlandırıb.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, konsertmeyster Azərbaycan Respublikasının Əməkdar artisti Samirə Aşumovanın müşayiəti ilə solistlər -  Azərbaycan Respublikasının Əməkdar artistləri İlham Nəcəfov (tütək), İnarə Babayeva (soprano), Tural Ağasıyev (tenor), Respublika və beynəlxalq müsabiqələr laureatları Natavan Həsənova (qanun), Rameş Paşayev (balaban) və Aftandil Hüseynov (nağara) dinləyicilər qarşısında çıxış edib.

Proqramda E.Dadaşova "Musiqiyə dəvət",  A.Hacıəsgərli kamera orkestri üçün  "Məryəm"süitası, T.Məmmədli "Günəşim mənim" romansı, M.Arazbəyli "Freska",  A.Zahid  "Əbədi xatirə" (əsər şəhidlərimizin əziz xatirəsinə ithaf olunur), N.Nağıyeva "Əsgərin duası", İ.Azmanlı "Turan motivləri" 2 hissə (I hissə - "Dəmirqız (Tomiris) ananın ağısı" və II hissə - "Dədəm Qorqudun qopuzu"), İ.Qismət-Abdulla Azərbaycan xalq melodiyaları əsasında xoreoqrafik-fantaziya "Xarıbülbül", G.Abdullayeva  "Azərbaycan rəqsi" və F.Nağıyevın "Skertso" əsəri səslənib.

 İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
25
6
milli.az

7Mənbələr