AZ

Azərbaycanda 11 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 582 mindən çox şəxs qəbul edilib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 582 443 şəxs qəbul edilib.

FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlara 885 859 sayda xidmət göstərilib ki, bunlardan 326,5 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 175,4 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Ümumi xidmətlərin 89,1 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların) və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 32 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 11,9 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

11 ay ərzində 3 988 vergi ödəyicisinin iştirakı ilə 274 görüş keçirilib, 5 095 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyondan çox SMS göndərilib.

Seçilən
17
9
fed.az

10Mənbələr