AZ

ADY sədri: Çindən gələn blok qatarlarının sayı gələn il 3 dəfə artacaq

Orta dəhlizlə bağlı bu il yükdaşımalar ötən illə müqayisədə artıb.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.

O qeyd edib ki, ötən həftə Gürcüstanda Qazaxıstan, Gürcüstan, Azərbaycan dəmir yolları rəhbərlərinin birgə üçtərəfli görüşü olub:

"Görüşdə bu dəhlizin inkişafı üçün atılacaq addımları müzakirə etdik. O cümlədən, keçən il yaradılmış birgə müəssisənin aktivləşdirilməsi üçün prinsipiaı qərarlar verildi, artıq birgə müəssisənin əməliyyat və maliyyə modelinin təqdimatı oldu və növbəti il bu istiqamətdə, xüsusən də Çindən gələn yüklərlə bağlı qərarlar verilib. 300-dən çox blok qatar Çindən yola salınıb. Bu gün 306-cı blok qatar yola düşdü. Çindən növbəti il bu rəqəm 3 dəfə artırılaraq 1000 blok qatara çatdırılması planlaşdırılır".

phrase_var_article.chosen
51
1
apa.az

2phrase_var_article.sources