AZ

"Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına başlanacaq" - Rövşən Rüstəmov

Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına start veriləcək.

Ucnoqta.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbəri Rövşən Rüstəmov bildirib.

“Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq”, - R. Rüstəmov deyib.

 

Seçilən
46
2
ucnoqta.az

2Mənbələr