Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.
Bizim.Media xəbər verir ki, o, mundialın qızıl medalını qazanıb.
Təmsilçimiz 14-15 yaş qrupunda 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub.
Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta