İran Suriyadan 30 milyard dollar tələb edir.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş rəhbəri Həşmətullah Fəlahətpişeh bu tələbin hökumət dəyişikliyindən asılı olmayaraq qüvvədə qalacağını vurğulayıb.
Fəlahətpişeh bildirib ki, Suriyanın yeni hökuməti İran xalqına olan bu borcu qaytarmağa məcburdur:
“İslam Respublikasının Suriyaya göstərdiyi dəstək böyük maliyyə xərclərinə səbəb olub və bu vəsaitlərin qaytarılması İran xalqının haqqıdır. Suriyada hökumət dəyişsə belə, bu borc ödənilməlidir, çünki bu vəsaitlər İran xalqına məxsusdur”.
Qeyd edək ki, İran uzun illərdir Suriyaya maliyyə dəstəyi göstərir. Xüsusilə vətəndaş müharibəsi dövründə Tehran hökuməti Dəməşq rejiminə hərbi və iqtisadi yardım edib. Fəlahətpişehin açıqlamasına əsasən, bu dəstəklərin ümumi məbləği təxminən 30 milyard dollar təşkil edir.
Musavat.com