AZ

“Kimin vəzifədə işləyən qohumu yoxdursa, işdən çıxardılar” – ŞİKAYƏT

İki dəfə fəxri diplomla təltif olunan Kürdəmir sakini işdən qanunsuz olaraq azad olunduğunu deyir

 

Kürdəmir rayonu, Qaramahmudlu kənd sakini Əhədov Vahid Cənnət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu haqsız yerə işdən azad ediblər:

“Mən, Əhədov Vahid Cənnət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 22 il Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsində çalışmışam. Hal-hazırda məni işdən azad ediblər. 

Qeyd edim ki, ədalətsiz ixtisar aparıldı. Kimin vəzifədə işləyən qohumu var, işdə saxladılar. Mənim vəzifədə işləyən qohumum, tanışım olmadığı üçün işdən azad etdilər.

Məlumat üçün bildirim ki, yaxşı işçi olduğuma, Meliorasiya və Su Təssərrüfatı sistemində çox illik səmərəli fəaliyyətimə və vəzifə öhdəliklərimi layiqincə yerinə yetirdiyimə görə, 2 dəfə fəxri diplomla təltif olunmuşam”.

Aynurə MUSTAFAYEVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Seçilən
21
3
hurriyyet.az

4Mənbələr