AZ

Fransa Ermənistandan maşa kimi istifadə edərək Cənubi Qafqazda mövcudluğunu artırmaq istəyir -ŞƏRH

Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var. Həmçinin qeyd edib ki, Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Fransa tərəfindən verilmir. Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalı və bu ölkəyə hücum xarakterli silahları verən ölkələrin bunda ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır. O qeyd edib ki, bu məsələ beynəlxalq təcrübəyə əsaslanır. Eyni zamanda söyləyib ki, beynəlxalq münasibətlərdə işğalçı və təcavüzkar dövlətlərin ilk növbədə hərbi quruculuq və hərbi planları, habelə ordu quruculuğu prosesi istiqamətində müəyyən məhdudiyyətlər həyata keçirilir. Bu, istər İkinci Dünya müharibəsindən, xüsusilə də İraqla Küveyt arasındakı müharibədən sonra İraqa münasibətdə tətbiq olunan məhdudiyyətlərdə özünü göstərib. Biz də hesab edirik ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalı və Ermənistana hücum xarakterli silahları verən ölkələrin bunda ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır. 

Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, beynəlxalq hüquqdan danışan, Birləşmiş Millətlər Təşkilatının (BMT) 5 üzvündən biri olan Fransa hüquqa və insanlığa zid əməllərini davam etdirir:

“Fransa Ermənistanı silahlandırır, çünki ondan maşa kimi istifadə edərək Cənubi Qafqazda mövcudluğunu artırmaq istəyir. Bundan əvvəl Fransa belə siyasəti Afrikada və bir çox yerlərdə aparıb. İndi isə Ermənistan üzərindən Cənubi Qafqazda həyata keçirmək niyyətindədir. Ermənistan isə odla oynayır. Rəsmi İrəvan Rusiyaya və Qərbə arxayın olub silahlanaraq torpaqlarımızı işğal etməklə nəyə nail oldu? Torpaqlarımızı özünə birləşdirə və dırnaqarası rejimi tanıtdıra bilmədi. Hazırda Ermənistanın öz mövcudluğu belə sual altındadır. Ermənistan Fransa ilə yanaşı Hindistan, Cənubi Koreya və Yunanıstandan silah alır, Amerika ilə hərbi əməkdaşlığını genişləndirir. Belə addımlar atmaqla Ermənistan necə sülhə gələ bilər? İqtisadiyyatı, insan resursları məhdud olan və kiçik əraziyə malik Ermənistanı bu qədər silahlanmasına səbəb nədir? Bunlar göstərir ki, Ermənistan xəstə ideyalarından əl çəkmir. Ümumiyyətlə Ermənistan beynəlxalq hüquqa əks olan ən ağır cinayətləri həyata keçirib və işğal etdiyi əraziləri darmadağın edib. Bunların heç birini Fransa və Avropa guya görmür? Ermənistana ən ağır sanksiyalar tətbiq olunmalı və onlar təzminat ödəməlidir. Qarabağda soyqrım törədən şəxslər Ermənistanda sərbəst şəkildə gəzirlər. Ermənistan həmin şəxsləri Azərbaycana təhvil verməli və sülh üçün real addımlar atmalıdır. Ancaq rəsmi İrəvan əksinə alaraq belə siyasət həyata keçirir, beynəlxalq hüquqdan dəm vuran dövlətlər isə onu dəstəkləyirlər”.
Seçilən
24
21
sherg.az

10Mənbələr