2025-ci il Astara terminalının inşası yekunlaşdıqdan sonra yükaşırma qabilləyit 4 milyon tona çatdırılacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov bildirib.
"Astara dəmir yolu yükləmə terminalında işlərin yekunlaşdırılması üzərində çalışırıq. Fəaliyyət planına görə, gələn il artıq Astara terminalının inşası tam yekunlaşacaq və bu istiqamətdə bizim yükaşırma qabiliyyətimiz 4 milyon tona çatmış olacaq", - sədr bildirib.
Rüsəmov vurğulayıb ki, növbəti həftə ərzində bu məsələ ilə bağlı İran dəmir yolları rəhbərləri arasında görüş də gözlənilir.
Aytac
www.anews.az