AZ

Cennaro Qattuzo son 22 ildə ilk dəfə saqqalını qırxdırdı

İtalyan keçmiş futbolçu, hazırda isə Split “Hayduk”unun baş məşqçisi Cennaro Qattuzo son 22 ildə ilk dəfə saqqalını qırxdırıb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis bunu “saqqal hərracı” adlanan tədbirdə iştirak edərək xeyriyyə məqsədi ilə edib.

Tədbirdə məşhurlar kişi sağlamlığı ilə məşğul olan təşkilatlara ianə müqabilində saqqal və bığlarını qırxacaqlarına söz veriblər.

Cennaro Qattuzo 2013-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Bu müddətdə italyan mütəxəssis “Syon”, “Palermo”, OFİ, “Pitsa”, “Milan”, “Napol”i, “Valensiya” və Marsel “Olimpik”ini çalışdırıb.
46 yaşlı Qattuzo 2024-cü ildə “Hayduk”un sükanı arxasındadır.

Məşqçi kimi Qattuzo 2019/2020-ci illər mövsümündə “Napoli” ilə İtaliya Kubokunu qazanıb.

Seçilən
33
arena.az

1Mənbələr