UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində bu gün "Qarabağ"ı qəbul edəcək "Elfsborq"un vingeri Ahmed Kasem təmsilçimizlə oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini formasını geyindiyi klubun rəsmi saytı belə çatdırıb:
"Bizi maraqlı oyun gözləyir. Yəqin ki, komanda yoldaşlarım da mənimlə razılaşarlar, bu, ilin ən vacib oyunudur. Bizə xallar lazımdır və təbii ki, qələbə arzulayırıq. Hazırda yalnız bu haqda düşünürük. Bu turnirdə mübarizəni davam etdirmək istəyiriksə, qələbəyə köklənməliyik. İli major notda başa vurmaq həm klub, həm mən, həm də azarkeşlərimiz üçün əla olar.
Oyunda yüksək intensivliyi sonadək qorumalıyıq. Meydanda çətin mübarizə gedəcəyini düşünürəm. Hər iki komanda qol vurmalıdır. "Qarabağ"a qalib gəlsək, növbəti mərhələyə çıxmaq şansımız artacaq. Azərbaycandan olan rəqibin 3 xalı var. Onlara da xallar lazımdır. "Qarabağ"ın Avropa təcrübəsi böyükdür. Yaxşı hücumameyilli oyunçulara olan, təcrübəli komandadır. Məncə, bu rəqib "dişimiz"ə görədir. Onlar Burosa gəliblər. Biz buradakı soyuğa öyrəşmişik, amma belə hava ola bilsin ki, onların xoşuna gəlməyəcək. Ümid edirəm ki, "Qarabağ"la oyunda hava maksimal dərəcədə soyuq olacaq".
Nihat