“Time” jurnalı ABŞ prezident seçkilərinin qalibi Donald Trampı ilin adamı elan edib.
Qaziler.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, müəlliflər qeyd ediblər ki, 2015-ci ildən bəri siyasətin və tarixin axarının dəyişməsində başqa heç bir şəxs bundan böyük rol oynamayıb.
O, 2015-ci ildə prezidentliyə namizədliyini irəli sürməyə başladığı vaxtdan siyasətin və tarixin axarının dəyişdirilməsində bəlkə də heç kim Trampdan böyük rol oynamayıb... bu gün onun apoteozunun şahidi oluruq. O, ikinci prezidentliyinə qədəm qoyan kimi hamımız – onun ən fanatik tərəfdarlarından tutmuş ən qızğın tənqidçilərinə qədər – Trampın dövründə yaşayırıq.
Müəlliflər qeyd ediblər ki, o, respublikaçı rəqibləri ilə demək olar ki, rekord müddətdə mübarizə aparıb. Həftələrlə Tramp, əsasən, 34 ağır cinayətdə ittiham olunduğu Nyu York məhkəmə zalında kampaniya aparıb. Məqalədə deyilir ki, onun iyun ayında prezident Co Bayden ilə yeganə debatı rəqibinin nəticədə yarışdan geri çəkilməsinə səbəb olub.
QAZİLER.AZ