AZ

ADY rəsmisi: "Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir".
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ADY Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60%-ni tamamlayıb:
"Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir. Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb: "Hazırda Ağdam avtovağzalı və dəmiryol vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".
Aygün Mirakif
Seçilən
51
13
oxu.az

10Mənbələr