AZ

"Sabah"ın sabiq baş məşqçisi diskvalifikasiya edildi

Rusiya Futbol İttifaqının İntizam Komitəsi "Sabah"ın sabiq baş məşqçisini, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayevi biri şərti olmaqla iki oyunluq cəzalandırılıb.

"Unikal"  xəbər verir ki, buna mütəxəssisin Rusiya Premyer Liqasının XVIII turunda "Lokomotiv"ə qarşı keçirdikləri (0:0) oyundakı davranışı səbəb olub. 

Belə ki, matça əlavə olunmuş dəqiqələrdə Musayevə hakimin qərarı ilə nümayişkəranə şəkildə razılaşmadığına görə xəbərdarlıq edilib. Daha sonra o, 4-cü hakimin ünvanına nalayiq ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.

Qeyd edək ki, "Krasnodar" hazırda 39 xalla turnir cədvəlinə başçılıq edir. Komanda 2025-ci il martın 2-də "Krılya Sovetov"la qarşılaşacaq. 40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb.

phrase_var_article.chosen
28
6
unikal.az

7phrase_var_article.sources